Türkiyədə dəhşətli qəza baş verib, 52 yaralı
10 Avqust 2014 Bazar 12:01
Türkiyədə dəhşətli qəza baş verib. İstanbuldan İzmirə gedən sərnişin avtobusu dərəyə düşüb.
Türkiyədə dəhşətli qəza baş verib.

ANS PRESS-in məlumatına görə, İstanbuldan İzmirə gedən sərnişin avtobusu yoldan çıxaraq dərəyə düşüb. Nəticədə sərnişin avtobusu aşıb. Hadisə zamanı avtobusdakı 52 nəfər yaralanıb.

Hadisə Manisa şəhəri yaxınlığında baş verib. İddiaya görə, qəzanın baş verməsinə səbəb sürücünün yatması olub.

Yaralılardan 6-sı xarici vətəndaş olub. Avtobusdakı sərnişinlərdən 2 nəfərin ağır yaralandığı bildirilib. Yaralılar yaxınlıqdakı dövlət xəstəxanasına aparılıb. Bəzi yaralılara isə ilk tibbi yardım hadisə yerində edilib.

Qeyd edək ki, artıq qəza ilə əlaqədar istintaq başladılıb, araşdırmalar aparılır.







DOSTLARINLA PAYLAŞ:

oyunlar