Türkiyədə bir əsgər şəhid olub
16 Aprel 2009 Cümə Axşamı 13:05
PKK terrorçularını zərərsizləşdirmək üçün bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib

 

Türkiyənin Diyarbəkir vilayətinin Dəclə Mahalı kəndində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında qarşıdurma baş verib. Türkiyə mətbuatının məlumatına görə, qarşıdurma nəticəsində bir əsgər şəhid olub, bir əsgər də yaranalıb.

Qeyd edək ki, terrorçularla bir gün əvvəlki qarşıdurmada isə təhlükəsizlik qüvvələrinin «Təslim ol» çağırışına terrorçular atəşlə cavab verib. Terrorçuların açdığı ilk atəşdə 4 əsgər yaralanıb.  Terrorçuları zərərsizləşdirmək üçün bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar