Türkiyə təyyarəsi səhv aerodroma enib
08 Aprel 2009 Çərşənbə 20:40
Sərnişinlər və oqların yükləri Vazianidən Tiflisə avtobuslarla gətirilib

İstanbul-Tiflis reysini həyata keçirən «Türkiyə Hava Yolları» şirkətinə məxsus təyyarə səhvən Gürcüstan hərbi aerodromuna enib. Tiflis hava limanının nümayəndələri hadisəni pilotun səhvi ilə əlaqələndiriblər. Təyyarənin endiyi Vaziani hərbi aerodromu Tiflis hava limanının 16 kilometrliyində yerləşir. Təyyarə səhv eniş etsə də, sərnişinlərdən heç kim xəsarət almayıb. Onların Tiflisə daşınması üçün Vazianiyə avtobuslar göndərilib. Onların yükləri də Tiflis beynəlxalq hava limanına daşınır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar