Türkiyə parlamentində arxa etirazı
18 Aprel 2014 Cümə 00:06
Müxalifət partiyası CHP təmsilçisi hakim partiyanın təmsilçisini təhqir etdiyinə görə iki iclasa girə bilməyəcək
Türkiyə parlamentində müxalifət partiyası CHP təmsilçisi Kamer Gençin hakim partiya AKP-nin sədr müavini Ayşenur Bahçekapılını təhqir etdiyinə görə iki iclasa girməsi qadağan edilib.

ANS PRESS-in məlumatına görə, ən maraqlı hadisə Kamer Gençin kürsüdə özünü müdafiə çıxışı edən zaman baş verib. Bu zaman hakim partiyanı təmsil edən çox sayda millət vəkili salonu tərk edib. Salonda qalanların bir çoxu da Gençin çıxışı zamanı arxasını ona çeviriblər.

Türkiyənin dövlət təhlükəsizlik təşkilatı MİT haqqında qanununun müzakirəsi zamanı yaşanan hadisədə Bahçekapılının təklifi üzrə AKP-lilərin səslərinin hesabına cəzalandırılan Genç çıxışı zamanı qadın millət vəkilini təhqir etmədiyini bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar