TRT-Türk'ün açılışında Azərin çıxış edəcək
11 Mart 2009 Çərşənbə 23:40
Telekanalın açılışı Novriz bayramı günü olacaq

Martın 21-də “TRT-Türk” kanalının açılışı olacaq. Qeyd edək ki, “TRT-Türk” kanalında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanda keçirilən Novruz bayramı şənlikləri birbaşa yayımlanaq. Kanalın açılışında Türkiyənin meqastarı Tarkanın konserti olacaq. Bununla yanaşı, Azərbaycanın əməkdar artisti Azərin də açılış konsertində çıxış edəcək. Telekanalda məhşur “İpək yolu” sənədli filminin yeni seriyaları və “Dağdayıq” adlı yarış proqramı planlaşdırılır. Yarışda hər ölkədən məhşur bir adam iştirak edəcək. Yarış iştirakçıları bir həftə dağda qalaraq, yaşamaq uğrunda mübarizə aparacaqlar. “TRT-Türk”ün daha bir layihəsi isə “Kurtlar vadisi” teleserialının yenidən yayımlanması olacaq. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar