Tozsoran qadının saçlarını sorub
09 Fevral 2015 Bazar Ertəsi 16:04
Məişət texnikası tozsoran ev təmizləyən qadının saçlarını sorub.
Cənubi Koreyada qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, evdar qadın təmizlik işləri görərkən qəflətən robot-tozsoranın "hücumuna məruz qalıb". Belə ki, döşəməni təmizləyən qadın heç gözləmədiyi anda xoşagəlməz halla rastlaşıb. Robot-tozsoran təmizlik zamanı qadının saçlarını sorub.

Qadın əvvəlcə robotu söndürüb və problemi özü həll etməyə çalışıb. Ancaq o, tək başına vəziyyətdən çıxa bilməyib. Tozsoran qadının saçlarını buraxmadığı üçün evdar xanım yardım çağırmağa məcbur olub.

Çətinliklə də olsa telefona qədər çatan qadın xilasedicilərə zəng edib. Hadisə yerinə gəlmiş xilasedicilər qadının saçını tozsorandan çıxara biliblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar