Təyyarə yaşayış evinin üstünə düşdü
14 Dekabr 2014 Bazar 16:19
ABŞ-da şəxsi təyyarə yaşayış evinin üzərinə düşüb. Pilot aldığı zədələrdən hadisə yerində keçinib.
ABŞ-da şəxsi təyyarə yaşayış evinin üzərinə düşüb.

ANS PRESS-in məlumatına görə, hadisə şənbə günü Corciya ştatının Bransuik şəhərində baş verib. Təyyarənin pilotu dünyasını dəyişib.

Hadisə yerli hava limanı “Melkolm Makkinnon” hava limanın uçuş-enmə zolağının yanında baş verib.

İlkin məlumata görə, təyyarə birmərtəbəli evin fasadını dağıdıb. Hadisə baş verən vaxt isə evdə heç kəs olmayıb.

Təyyarənin pilotu 68 yaşlı Bransuik sakini Ronald Vud aldığı zədələrdən hadisə yerindəcə keçinib. Aviaqəza nəticəsində başqa zərərçəkən olmayıb.

İlkin ehtimala görə, təyyarə texniki nasazlıq üzündən qəzaya uğrayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar