Suriyadakı kimyəvi silahın 80%-i məhv edilib
20 Aprel 2014 Bazar 10:10
Kimyəvi silah arsenalı aprelin 27-dək ölkədən tamamilə çıxarılmalıdır.
Suriyada indiyədək kimyəvi silahların 80%-i ölkədən çıxarılaraq məhv edilib.

ANS PRESS-in məlumatına görə, bunu BMT və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın birgə missiyasının əlaqələndiricisi Siqril Kaq açıqlayıb.

Mövcud qrafikə əsasən, Suriyanın kimyəvi silah arsenalları ölkədən aprelin 27-dək çıxarılmalı və iyunun 30-dək zərərsizləşdirilməlidir.

Kimyəvi silahların zərərsizləşdirilməsinə ötən ilin noyabrından başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar