Skype Rusiyada qadağan edilir
22 Aprel 2014 Çərşənbə Axşamı 23:43
Bu gün Rusiya Dövlət Dumasında “antiterror” qanunu üçüncü oxunuşda qəbul edilib. Skype Rusiyada qadağan edilir.
Rusiyada qəbul edilmiş yeni qanun layihəsinə görə, istifadəçilər barədə məlumatları Rusiya ərazisində saxlamayan xarici internet-servislər bağlana bilər.

ANS PRESS-in məlumatına görə, “antiterror” qanunu bu gün Rusiya Dövlət Dumasında üçüncü oxunuşda qəbul edilib. Ekspertlərin qiymətləndirilməsinə görə, xarici şirkətlər yeni qanunu yerinə yetirməzlərsə, onların Rusiyada fəaliyyəti dayandırıla bilər.

Yeni qanuna görə, “Gmail” və “YouTube”un sahibi olan “Google” və “Skype”ın sahibi olan “Microsoft”, həmçinin “Facebook” öz istifadəçilərinin yazışmasının Rusiyada yerləşən serverlərdə saxlamalıdırlar. Yəni “Yandeks”, “Mail.ru”, “Rambler” və “Vkontakte” kimi davranmalıdırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar