Şimal dənizində helikopter qəzasında 20 nəfər həlak olub
02 Aprel 2009 Cümə Axşamı 12:00
Helikopter Şimal dənizindəki neft platformasında çalışan fəhlələri evə gətirirmiş

Şimal dənizində helikopterin qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub, 6 nəfərin taleyi isə məlum deyil. Verilən məlumata görə, hadisə Şotlandiyanın şimal-şərq sahillərində baş verib. Helikopter Şimal dənizindəki neft platformasında çalışan fəhlələri evə gətirirmiş. Xilasedicilər artıq 8 nəfərin meyidini aşkar ediblər. Hazırda Britaniya hərbi hava qüvvələri itkin düşənlərin axtarışlarını davam etdirir. Qəza ilə bağlı baş nazir Qordon Braun çıxış edib:

«Şimal dənizində faciəvi gündür. Mənim ürəyim indi qəzada öz yaxınlarını itirənlərin yanındadır. Belə dəqiqələrdə biz xüsusi olaraq enerji ehtiyaclarımızı təmin etməkdən ötrü insanların təhlükəyə atıldıqları barədə xatırlayırıq»,-deyə nazir qeyd edib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar