Seyran Ohanyan Qarabağa gəlib
06 Avqust 2014 Çərşənbə 18:15
Ermənistan Respublikasının müdafiə naziri Seyran Ohanyan Qarabağda qondarma respublikanın "rəsmiləri"lə görüşüb.
Ermənistan Respublikasının müdafiə naziri Seyran Ohanyan Qarabağda qondarma respublikanın "rəsmiləri"lə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə qondarma qurumun "müdafiə naziri" də iştirak edib.

Tərəflər görüş zamanı əsasən son zamanlar təmas xəttində baş verənləri müzakirə edib.

Qeyd edək ki, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.

Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər.

Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 10-dan çox hərbi qulluqçusu həlak olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar