Səudiyyə Ərəbistanında helikopter qəzası baş verib
17 Fevral 2015 Çərşənbə Axşamı 07:44
Səudiyyə Ərəbistanın şimal-şərqində yerləşən Hafr əl-Batin vilayətində hərbi helikopterlərdən biri qəzaya uğrayıb.
Səudiyyə Ərəbistanında helikopter qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanın şimal-şərqində yerləşən Hafr əl-Batin vilayətində hərbi helikopterlərdən biri qəzaya uğrayıb.

Qəza nəticəsində 4 nəfər dünyasını dəyişib. Bu barədə Səudiyyə Ərəbistanının “SPA” rəsmi xəbər agentliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, qəza Hafr əl-Batin vilayətinin Kral Xalid hərbi şəhərciyinin qərbindəki quru qüvvələrinə aid helikopter gecə təlimləri əsnasında yerə çırpılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar