Serj Sarkisyan Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
13 Avqust 2014 Çərşənbə 17:12
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
ANS PRESS-in məlumatına görə, Sarkisyan Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

“Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə can sağlığı, türk xalqına isə uğurlar və nailiyyətlər arzulayıram. Türkiyə prezidenti seçilməklə əldə olunmuş ikitərəfli razılıqları həyata keçirə biləcək imkanınız var”, deyə Sarkisyan məktubunda bildirir.

Qeyd edək ki, avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52 faiz səs toplamaqla qalib gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar