Rza Zərrab pulunu faizi ilə geri aldı
24 Dekabr 2014 Çərşənbə 12:44
Rza Zərrab ın yaxın adamı Abdullah Habbani dövlət tərəfindən müsadirə olunan pulunu faizi ilə geri alıb.
Türkiyədə 17 dekabr “rüşvət və korrupsiya” əməliyyatları çərçivəsində saxlanılan iş adamı Rza Zərrabın yaxın adamı Abdullah Habbani dövlət tərəfindən müsadirə olunan pulunu faizi ilə geri alıb.

ANS PRESS-in məlumatına görə, məhkəmənin qərarı ilə 1 milyon lirə, 800 min avro, 60 min dollar və 2 kq qızıl Habbaniyə qaytarılıb. Ona geri qaytarılan pul və qızılları o, bir çamadan və bel çantasına sığdıra bilib. Bu məbləğin faizini (55 min lirə) Habbani “Halkbank” vasitəsilə “Qırmızı aypara” (Kızılay) cəmiyyətinə bağışlayıb.

Eyni istintaq çərçivəsində haqqınada cinayət işi ləğv olunandan sonar Daxili İşlər Naziri Muammer Gülərin oğlu Barış Gülərin də müsadirə olunan 400 min lirə, 320 min avro və 90 min dolları 20 min lirə pulu artıqlaması ilə ona geri qaytarılıb. Gülər həmin pulları Çağlayandakı İstanbul Ədliyyəsinin binasındakı “Vakıf bank"ın başqa bir hesabına köçürüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar