Rusiyaya göydən zərbə endirildi
19 Aprel 2014 Şənbə 20:24
Meteoriti Murmansk şəhəri ilə yanaşı Severomorsk, Apatitov, Kirovsk, Koaşva kimi yaşayış məntəqələrinin sakinləri də müşahidə edilib.
Bu gecə Rusiyanın Murmansk şəhərinin yaxınlığında iri meteorit müşahidə edilib.

ANS PRESS-in məlumatına görə, şəhər sakinləri mobil telefonlarla və video kameralarla bir neçə saniyə davam edən parlaq partlayışı çəkə biliblər. Ehtimal edilir ki, meteorit Yer səthindən xeyli yüksəkdə yanıb, buna görə də zərər vurmayıb. Meteoriti həmçinin Severomorsk, Apatitov, Kirovsk, Koaşva kimi yaşayış məntəqələrinin sakinləri müşahidə ediblər.

Xatırlada qki, 15 fevral 2013-cü il tarixdə isə Rusiyanın Çelyabinsk vilayətinin səmasında meteorit müşahidə edilmişdi. Alimlər müəyyən etmişdi ki, Yer atmosferinə daxil olanda həmin obyektin ağırlığı 11 ton olmuşdu və atmosferdə o, xırda hissələrə parçalanmışdı. Bu, 1908-ci ildə düşmüş Tünqus meteoritdən sonra Yer atmosferinə daxil olmuş ən iri kosmik obyekt olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar