Rus tankları Ukraynanı vurdu
25 İyul 2014 Cümə 12:08
Rusiya hərtbçiləri Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutur.
“Rusiya hərtbçiləri Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutur. Buna dair əlimizdə sübut da var”. ANS PRESS-in məlumatına görə, bunu ABŞ dövlət departamentinin rəsmisi Meri Harf bəyan edib.

Onun sözlərinə görə, Rusiya ordusunun tankları mütəmadi olaraq separatçıları zərərsizləşdirməyə çalışan Ukrayna hərbçilərini atəşə tutur.

“Rusiya bu yolla Ukrayna ordusunun separatçılara yaxınlaşmasına imkan vermir”, deyə Meri Harf bildirib.

ABŞ rəsmisi onu da qeyd edib ki, Rusiya bu yaxınlarda separatçılara daha güclü reaktiv yaylım atəşi sistemləri göndərməyi planlaşdırır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar