Rus hərbi vertolyotu partlayıb
05 Sentyabr 2014 Cümə 22:00
Rus vertolyotu partlayıb. Partlayışda kabinada olan hər üç pilot yanaraq həlak olub.
Dünən Rusiyanın Krasnodar vilayətində yerləşən Gelencik aeroportunda partlayan Mi-8 vertolyotunun qəzasının baş vermə anı yayılıb.

ANS PRESS-in məlumatına görə, video nümayişdə qəza anı anbaan təhlükəsizlik kameralarına düşüb.

Qəza ekipaj üzvlərinin səhvi nəticəsində baş verib. Enmə zamanı ani diqqətsizlik nəticəsində Mi-8-in quyruğu yerə dəyir və vertolyot nəzarətini itirərək partlayır.

Partlayış nəticəsində kabinada olan hər üç pilot yanaraq həlak olub.

Hadisə ilə bağlı cinayət işi açılıb, hazırda istintaq davam edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar