Rəcəb Tayyib Ərdoğan Gürcüstanda səfərdədi
05 Mart 2009 Cümə Axşamı 14:25
Türkiyənin baş naziri Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birlikdə Batumiyə gedib

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Gürcüstanda rəsmi səfər edib. O, Tiflisdən gürcü prezidenti Mixail Saakaşvili ilə birlikdə Batumiyə gedib. Batumidə Rəcəb Tayyip Ərdoğan və Mixail Saakaşvili arasında təkbətək görüş keçirilib. Görüşdən sonra Saakaşvili və Ərdoğan Gürcüstan-Türkiyə sərhidinə yollanaraq Tükiyə tərəfindən «Sarpi» sərhəd gömrük məntəqəsinin açılışında iştirak edəcəklər.
Qeyd edək ki, Türkiyə tərəfindən bu sərhəd keçid məntəqəsi yenidən qurulub. Məqsəd isə sərhədi keçid zamanı hər iki tərəfdə xidmətlərin sürətləndirilməsidir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar