Qvineya-Bisau prezidenti öldürülüb
02 Mart 2009 Bazar Ertəsi 17:45
Prezident Jao Bernardu Vieyra bu gün baş verən toqquşmalarda qətlə yetirilib

 

Qvineya-Bisau dövlətinin prezidenti Jao Bernardu Vieyra bu gün baş verən toqquşmalarda öldürülüb. Ölkədə qarşıdurma bir qədər əvvəl partlayış nəticəsində silahlı qüvvələrin baş qərargah rəisinin həlak olmasından sonra başlanıb. Verilən məlumata əsasən, həlak olmuş qərargah rəisinə sadiq hərbçilər prezidentin evinə basqın ediblər. Bu zaman iqamətgahı tərk edərək qaçmağa çalışan prezident Jao Bernardu Vieyra öldürülüb.

Qvineya-Bisaunun hərbi komandanlığından bildirilib ki, prezident qərargah rəisinin ölümünə görə, məsuliyyət daşıyan əsas fiqurlardandır. Eyni zamanda baş verən hadisənin dövlət çevrilişi olmadığını və parlament spikerinin müvəqqəti olaraq prezidentin səlahiyyətlərini icra edəcəyini bildiriblər.
Xatırladaq ki, Qvineya-Bisaunun hərbi qüvvələrinin qərargah rəisi ordu qüvvələrinin mənzil-qərargahında törədilmiş partlayışda həlak olmuşdu. Bundan sonra bir neçə saat ərzində prezident iqamətgahı ətrafında atışma səsləri eşidilmişdi. Qərargah rəisi prezidentin siyasi rəqibi hesab olunurdu./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar