Qocalar evinə silahlı basqın olub
30 Mart 2009 Bazar Ertəsi 11:10
Hadisəni törədən 45 yaşlı Robert Stüart artıq polis tərəfindən saxlanıb

 

ABŞ-ın Şimali Karolina ştatında Karteyc (Carthage) şəhərinin yaxınlığında bir nəfər silahlı şəxs qocalar evinə hücum edib. Nəticədə qocalar evinin yeddi sakini və bir nəfər tibb bacısı ölüb. Hadisə bazar günü yerli vaxtla saat 10.00-da baş verib. Hadisəni törədən 45 yaşlı Robert Stüart artıq polis tərəfindən saxlanıb. Polis bildirib ki, o, qocalar evinin sakini deyil. Amma hadisənin səbəbləri bilinmir.

Stüartla atışmada daha bir polis əməkdaşı və Stüartın özü yaralanıb. Bundan başqa, qocalar evinin 56 yaşlı sakini də güllə yarası alıb. Stüartın qurbanları 78-98 yaşlı qocalar olub. Həlak olan tibb bacısının isə 39 yaşı olub. Verilən məlumata görə, Stüart kiçik rəngsaz firmasının sahibidir və ov silahından istifadəyə icazəsi var. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar