Qəzzada ölənlərin sayı 573-ə çatdı
22 İyul 2014 Çərşənbə Axşamı 08:20
Qəzzada İsrailin havadan, qurudan və dənizdən həyata keçirdiyi hücumlarda ölü sayının 573-ə, yaralı sayının 3 min 400-ə çatdığı barədə məlumat yayılıb.
ANS PRESS-in məlumatına görə, şahidlər gün ərzində ən qorxulu hücumlardan birinin iftar vaxtı baş tutduğunu, hədəf alınan 6 mərtəbəli binada əksəriyyəti qadın, uşaq və yaşlı 20 nəfərin həyatını itirdiyini söyləyirlər.

Qəzzanın cənubunda də bir motosikletin hədəf alınması nəticəsində 3 nəfərin öldüyünü bildirən Fələstin rəsmisi İsrailin Qəzzaya gün ərzində təşkil etdiyi hücumlarda 122 nəfərin həyatını itirdiyini, 392 adamın yaralandığını qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar