Qəzzada ölənlərin sayı 2 minə çatır
10 Avqust 2014 Bazar 12:27
İsrailin hücumları zamanı həlak olanların sayının 1916 olduğu açıqlanıb.
Qəzza zolağında ölənlərin sayı 2 minə çatıb.

ANS PRESS-in məlumatına görə, İsrailin hücumları zamanı həlak olanların sayının 1916 olduğu açıqlanıb.

İsrail döyüş təyyarələrinin Qəzzadakı mühacir düşərgəsinə təşkil etdiyi hava hücumlarında 1 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilib.

Qəzzadakı Fələstin hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra 7 iyuldan bu yana təşkil edilən hücumlarda ölənlərin sayının 2 minə yaxınlaşdığını söyləyib.

Qeyd edək ki, İsrail illərdir ki, mühasirə altında saxladığı Qəzzaya 7 iyulda havadan və dənizdən hücumlar edib. 17 iyuldan isə qurudan hücuma keçib.

Təxminən bir ay davam edən hücumlardan sonra 5 avqustdan İsrail ilə Fələstin arasında 72 saatlıq atəşkəs elan edilib.

Atəşkəsin 8 avqust tarixində başa çatması ilə İsrailin hücumları yenidən başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar