Qəzzada italiyalı fotoqraf həlak olub
13 Avqust 2014 Çərşənbə 18:41
Qəzza zolağında partlayış nəticəsində İtaliyalı fotoqraf Kamilio Simoni həlak olub.
ANS PRESS-in məlumatına görə, fotoqraf yerli istehkamçıların işini çəkirmiş.

Bu haqda yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf Al-Kidra məlumat verib. Partlayış vaxtı jurnalistdən başqa dörd fələstinli həlak olub. Qəzza zolağında İsrailin hərbi əməliyyatı nəticəsində 2 min insan həlak olub.

Qeyd edək ki, cümə axşamı gecəsi üçgünlük barışıq müddəti qurtarır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar