Qəzzada 3 günlük atəşkəs
11 Avqust 2014 Bazar Ertəsi 12:40
Ümumilikdə iyulun 8-dən başlayan əməliyyatlarda 2 minə yaxın fələstinli həlak olub.
Qəzzada 3 günlük atəşkəs razılaşdırılıb. ANS TV-nin məlumatına görə, Misirin vasitəçiliyi ilə İsrail və Həmas arasında Qəzzada növbəti 3 günlük atəşkəs razılaşdırılıb.

Bu gecə təxminən saat 4:00- da qüvvəyə minmiş atəşkəs pozulmazsa, İsrail tərəfi daha uzunmüddətli sülh üçün Misirə səlahiyyətli nümayəndələrini göndərməyə söz verib. Atəşkəs başlamazdan əvvəl Həmas döyüşçüləri İsrailə, ö cümlədən Tel Əviv istiqamətində bir neçə raket buraxıb, raketlərin hər hansı itki və ya dağıntıya yol açmadığı bildirilir. İsrail qoşunları da ənənəyə sadiq qalaraq Qəzzanın hava bombardmanını davam etdirib.

Sözügedən atəşkəs bu münaqişə ərzində razılaşdırılmış ikinci belə humanitar atəşkəsdir. İlk atəşkəsin müddəti cümə günü başa çatıb. Həmin vaxtdan bəri İsrail hava zərbələri nəticəsində azı 20 fələstinli həlak olub, Həmas minaatanlarından 2 israilli yaralanıb.

Ümumilikdə iyulun 8-dən başlayan əməliyyatlarda 2 minə yaxın fələstinli həlak olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar