Qara qutular Malaziyaya çatdırıldı
22 İyul 2014 Çərşənbə Axşamı 06:40
"Qara qutu"lar zahirən yaxşı vəziyyətdədir və yəqin ki, tezliklə deşifrə prosesi başlayacaq.
Qondarma Donetsk Xalq Respublikası (DXR) höküməti qəzaya uğramış “Boinq”in 2 “qara qutu”sunu Malayziya ekspertlərinə təhvil veriblər. ANS PRESS-in məlumatına görə, DXR adından baş nazir Aleksandr Boroday və baş nazirin müavini Andrey Purgin çıxış ediblər. Tərəflər təhvil vermə haqqında rəsmi akt imzalayıblar.

Malayziya nümayəndə heyətinin rəhbəri, "qara qutu"lar zahirən yaxşı vəziyyətdədir və yəqin ki, tezliklə deşifrə prosesi başlayacaq-deyə bildirdi.

Xatırladaq ki, 17 iyul tarixində Amsterdam-Kuala-Lumpur reysi ilə reys edən sərnişin təyyarəsi Donetsk ərazisində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 298 sərnişinin hamısı həlak olub. İlkin ehtimallara görə təyyarə raketlə vurulub.

pic_d87b578bcd88dd6b23077924fae875c9.jpg ***
















































































































































































DOSTLARINLA PAYLAŞ:

oyunlar