Pişik 10 milyon avroluq mirasın sahib oldu
11 Dekabr 2011 Bazar 14:56
Varlı qadın ölümündən sonra pişiyini varis qoyub.
İtaliyada qəribə hadisə baş verib. Dul bir qadın 10 milyon avroluq sərvətini pişiyinə vəsiyyət edib. ANS PRESS-in dünya mətbuatına istinadən verdiyi məlumata görə, Romada yalnız yaşayan Assunta adlı qadın, küçədə tapdığı qara rəngli pişik balasını evinə aparıb və onu saxlayıb. Varlı bir kişi ilə evlənən qadın gənc yaşlarında ərini itirib. Elə o zamandan da, bütün sevgisini pişiyi Tomassoya verib.

2009-cu ildə ağır xəstəliyə düçar olan qadın, ölümündən sonra bütün pullarını pişiyinə qalmasını istəyib və bunun üçün vəsiyyətnamə yazıb. O vəkillərinə pişiyə baxmaq üçün xüsusi adam tapmağı tapşırıb. Bundan sonra, bir çox heyvan hüquqlarını müdafiə təşkilatlarından müraciət edənlər olsa da, Assunta heç birinə etibar etməyib.

Ömrünün sonlarında isə pişiyini öz qulluqçusu Stepaniyaya tapşırıb. “Tək istəyi Tomassonun seviləcəyindən və əzizlənəcəyindən əmin olmaq idi. Bilmirdim ki, Assuntanın bu qədər sərvəti var. İndiyə qədər nə özü barədə, nə də pulları barədə danışmamışdı. Yalnız olmaqdan şikayət edirdi”, - deyə Stepaniya bildirib.

Qeyd edək ki, böyük bir sərvətə malik olan Tomasso, indi, yeni sahibəsiylə birlikdə Romanın kənarındakı kəndlərin birində yaşayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar