Peruda torpaq sürüşməsi olub
18 Aprel 2009 Şənbə 10:55
Hadisə nəticəsində ölən üç nəfərin meyiti tapılıb

Peruda torpaq sürüşməsi baş verib. Təbbi fəlakət nəticəsində 30 nəfər itgin düşmüş hesab edilir.   France-Presse agentliyinin məlumatına görə, hadisə ötən gün paytaxt Limadan 750 km aralıdakı Çamankuço yaşayış məntəqəsində baş verib. Hadisə nəticəsində üç nəfərin öldüyü təsdiqlənib, 12 nəfər xilas edilib. İtkin düşənlərinin sayının 60-a çatacağı istisna edilmir.
Qeyd edək ki, bu son bir ayda Peruda baş verən ikinci sürüşmədir. Martın 2-də olan anoloji hadisə nəticəsində 10 nəfər ölmüşdü. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar