Peruda avtobus aşıb, 17 nəfər ölüb
09 Avqust 2014 Şənbə 04:17
Perunun Xunin mahalında avtobusun iştrak etdiyi yol qəzası nəticəsində ən azı 17 nəfər həyatını itirib.
Perunun Xunin mahalında avtobusun iştrak etdiyi yol qəzası nəticəsində ən azı 17 nəfər həyatını itirib bir o qədər sərnişin də müxtəlif xəsarətlərlə yaralanıb.

ANS PRESS-in məlumatına görə, qəza cümə günü səhər saatlarında baş verib.

Uanuko-Lima marşrutu ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yoldan çıxaraq çevrilib.

Xəsarət alanlar hospitallara yerləşdirilib. Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilir.

Peru statistika xidmətlərinin məlumatına görə keçən il ölkədə 2,5 min insan yol qəzalarının qurbanı olublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar