Papa insanların ölməməsi üçün yalvarıb
28 İyul 2014 Bazar Ertəsi 01:50
Katolik aləminin lideri Papa Fransisk Fələstin-İsrail qarşıdurmasının daha çox insanın ölümünə gətirib çıxarmaması üçün yalvarıb.
ANS PRESS-in məlumatına görə, xristian aləmində böyük nüfuza sahib olan katolik lideri Papa Fransik bazar günü Vatikanın Müqəddəs Petrus meydanında minlərlə katolik qarşısında çıxış edərkən dünyanı sülhə səsləyib.

Yaxın Şərqdə və Ukraynada yaşanan hadisələrə toxunan argentinalı ruhani lider, “bütün qəlbimlə xahiş edirəm, yalvarıram, dayanın artıq!” – deyə, papa Fransisk yalvarış edib.

O bildirib ki, müharibə hər şeyi məhv edir, sülh ilə isə hər şey olduğu kimi qalır.

“Sevgili qardaşlarım, bir daha müharibə olmasın! Xüsusilə də ümid dolu gözlərlə gələcəyə dair xəyalları olan, amma o xəyalları məhv edilən, şikəst qalan, müharibə qurbanı olan uşaqları düşünürəm. Bu məni çox incidir. Xahiş edirəm bəsdir” – deyə ruhani lider müharibələrin dayandırılması üçün dünya ölkələrinə səslənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar