Orduda it üstündə dava düşdü
22 Oktyabr 2014 Çərşənbə 16:19
İt döyüşü zamanı çıxan davada 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Türkiyənin Ordu şəhərinin Aybastı mahalında it döyüşü zamanı çıxan davada 1 nəfər ölüb.

ANS PRESS-in məlumatına görə, hadisə qoyun otaran çobanla mahaldakı digər bir şəxs arasında baş verib. Belə ki, itlərini dalaşdıran iki şəxs sonradan mübahisə ediblər.

Müzakirənin qızışmasından sonra isə çobanla digər şəxs və onun dostu arasında əlbəyaxa dava olub. Dalaşanlardan biri çobanın üzərinə bıçaq çəkərək hədələməyə başlayıb. Bundan sonra çoban tapancasını çıxararaq atəş açıb.

Nəticədə, dalaşanlardan biri yerindəcə dünyasını dəyişib, digəri isə xəstəxanaya yerləşdirilib. Hadisədən sonra cinayət işi açılıb və çoban saxlanılaraq həbsxanaya göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar