NATO-nun baş katibi Türkiyədə yıxılıb
06 Aprel 2009 Bazar Ertəsi 14:45
Yeni seçilən katibin çiyni yerindən çıxıb

Türkiyədə keçirilən Mədəniyyətlər İttifaqının 2-ci Forumunda iştirak etmək üçün İstanbulda olan NATO-nun yeni baş katibi Anders Foq Rasmussen xəstəxanaya düşüb. Katib qaldığı otelin pilləkənlərindən yıxılıb. Hadisə aprelin 6-na keçən gecə yerli vaxtla saat 03.00 radələrində baş verib. Sağ çiyni çixan siyasətçi mühafizəçilərin müşayiəti ilə Taksim ilk yardım xəstəxanasına aparılıb. Narkoz verilərək çiyni yerinə yerləşdirilən Rasmussen səhər saat 07-də otelə dönüb. O, ağrı kəsici iynələr vurulduqdan sonra Mədəniyyətlər İttifaqı toplantısına qatılıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar