Misirin paytaxtında partlayış baş verib
19 Aprel 2014 Şənbə 03:39
Misirin paytaxtı Qahirədə əsas meydanların birində partlayış baş verib.
ANS PRESS-in məlumatına görə, partlayış nəticəsində 1 polis əməkdaşı həlak olub. Bu barədə hökumət nümayəndəsi Frans Press agentliyinə məlumat verib.
Agentliyin məlumatına görə, bədxahlar partlayıcı qurğunu meydanda yerləşən polis budkasına atıb. Nəticədə, budkanın yanından keçən insanlar da yaralanıb.

Aprelin əvvəlində Rusiya Xarici İşlər Naziri Qahirədə baş verən hadisə ilə bağlı narahatlığını bildirib və Misirdə olan Rusiya turistlərinə ehtiyatlı olmağı, Misirin böyük şəhərlərinə getməməyi məsləhət görüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar