Mina partladı: 5 hərbçi yaralandı
01 Mart 2015 Bazar 02:26
Yaralanan hərbçilər hadisə yerindən tibb məntəqələrinə çatdırılıb
Ötən gün Çeçenistan Respublikasında hrəbçilərin yaralanması ilə nəticələnən partlayış meydana gəlib.

ANS PRESS-in məlumatına görə, Çeçenistanın Urus-Martanovsk rayonunda baş verən partlayış nəticəsində Rusiyanın 5 hərbçisi yaralanıb.

“Hadisə fevralın 28-də saat 18:00 radələrində Çeçenistan Respublikasının Urus-Martanovsk rayonunun Şalaji yaşayış məntəqəsində, dağlıq-meşəlik ərazidə baş verib. Daxili Qoşunların mühəndis istehkam taqımı mühəndis-kəşfiyyat işləri görərkən ərazidə gizlədilmiş qurğu partlayıb”, - deyə hüquq-mühafizə orqanlarına yaxın mənbə xəbər verib.

Mənbə qeyd edib ki, aldıqları yaradan sonra 5 hərbçi hadisə yerindən təxliyyə edilərək tibb məntəqələrinə çatdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar