Meksikada zəlzələ baş verib
28 Aprel 2009 Çərşənbə Axşamı 10:05
Ölən və yaralanlar barədə hələ ki, heç bir məlumat yoxdur

 

Meksika donuz qripindən əziyyət çəkdiyi bir vaxtda ölkədə rixter şkalası üzrə 6 bal gücündə zəlzələ baş verib. CNN-nin məlumatına görə, zəlzələnin təsirindən qorxuya düşən insanlar küçələrə axışıb. Amerika geoloji araşdırmalar mərkəzindən verilən məlumata görə, yeraltı təkanların episentri paytaxt Mexikodan 210 kilometr cənub-şərq istiqamətində yerləşən Çilpansinqo yaşayış məntəqəsində olub. Ölən və yaralanlar barədə hələ ki, heç bir məlumat yoxdur.

Zəlzələ baş verən an, ölkənin Səhiyyə Nazirliyinin rəsmiləri donuz qripinə dair jurnalistlər üçün mətbuat konfransı keçirirmiş. Buna görə də, titrəyişləri kameraya çəkmək mümkün olub. Öncə səhiyyə naziri Xose Kordova hamının hiss etdiyi təkanları yaxınlıqdakı binanın dağıdılması ilə izah etsə də, bir qədər sonra bunun zəlzələ olduğuna şübhə etməyib./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar