Maye qaz maşını partladı: 70 yaralı var
22 İyul 2014 Çərşənbə Axşamı 06:28
Yaralılardan 20 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Tkiyədə maye qaz yüklü tanker aşaraq partlayıb. ANS PRESS-in xəbərinə görə, hadisə Diyarbəkir – Bingöl magistral yolunda baş verib.

Məlumata görə, magistral yolun 90-cı kilometrliyində aşan tanker yanmağa başlayıb. Yanğın nəticəsində tankerdə güclü partlayış baş verib. Partlayışın şiddətindən yoldan keçən 2 sərnişin avtobusu ilə digər avtomobillərdə olan 70-ə yaxın sərnişin yaralanıb. Yaralılardan 20 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Tankerin sürücüsü partlayış baş vermədən əvvəl yoldan keçənlər tərəfindən maşından çıxarıldığında qəzada ölən olmayıv.

Hadisə yerinə çox sayda təcili yardım avtomobili ilə ambulans –helikopter cəlb olunub. Yaralılar yaxınlıqda olan xəstəxanalara çatdırılıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar