Maydanda partlayış: yaralılar var
08 Avqust 2014 Cümə 16:15
Partlayışın hansı səbəbdən baş veridiyi məlum deyil.
Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış olub. ANS PRESS-in məlumatyına görə, partlayış etiraz aksiyalarının keçirildiyi Avromaydanda baş verib.

Partlayış zamanı xeyli insanın xəsarət aldığıbı bildirilir. Hadisə yerinə təcili tibbi yadım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışın hansı səbəbdən baş veridiyi hələlik məlum deyil.

Qeyd edək ki, bir neçə gündür ki, Avromaydanda etiraz aksiyları keçirilir. Nümayişçilər meydanda çadır və barrikadalar qurublar.

Ümumiyyətlə Maydan hərakatı ötən ilin noyabr ayından başlayıb. Belə ki, Avropa Birliyi ilə danışıqlar dayandırıldıqdan sonra yüzlərlə avrointeqrasiya tərəfdarı küçələrə axışıb. Aylarla davam edən aksiyalar Viktor Yanukoviçin istefası ilə nəticələnib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar