Mahmud Əhmədinejatın çıxışı qalmaqala səbəb olub
21 Aprel 2009 Çərşənbə Axşamı 11:35
BMT-nin dünyada irqçiliklə mübarizə mövzusunda İsveçrənin Cenevrə şəhərində keçirdiyi konfransda İran prezidenti Mahmud Əhmədinejatın çıxışı zamanı zalda gərginlik yaranıb.
 M. Əhmədinejat İsraili “vəhşi və ən irqçi rejim” adlandırdıqdan sonra kloun geyimində bir nəfər ayağa qalxaraq “irqçi, irqçi” deyə qışqırıb və klounların burunlarına taxdıqları qırmızı topu ona doğru atıb. Bəzi Avropa ölkələrinin nümayəndə heyətləri isə zal tərk ediblər. İran prezidentindən sonra kürsüyə çıxan Norveçin xarici işlər naziri Jonas Kahr Store M. Əhmədinejatın sözlərinin konfransın ruhuna zidd olduğunu bildirib. Daha sonra təxminən 100 yəhudi M. Əhmədinejatın mətbuat konfransı keçirməsini əngəlləyib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar