Kiyev vağzalında bomba həyəcanı
19 Aprel 2014 Şənbə 01:37
Vağzalın əməkdaşları və sərnişinləri təxliyə edilib.
Gecə saatlarında Rusiyanın paytaxtında bomba həyəcanı yaşanıb.

ANS PRESS-in məlumatına görə, Noskvanın ən böyük dəmiryolu vağzallarından olan Kiyev vağzalında bomba qoyulması xəbəri polisi hərəkətə gətirib.

Təhlükəsizlik tədbirləri nəticəsində vağzalın işçiləri və sərnişinləri təxliyyə edilib. Bombani tapmaq hələki mümkün olmayıb. Təhlükəsizlik əməkdaşları vağzalda bomba axtarışlarını davam etdirir.

Moskva polisi bomba qoyulması ilə bağlı zəng edən şəxsin kimliyini də araşdırmağa başlayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar