Kişinyovdakı kommunist hakimiyyəti təxribat törədir
08 Aprel 2009 Çərşənbə 18:00
Rəsmi Buxarest, Moldovanın bu ölkədəki səfirini geri göndərməyə hazırlaşır

Rumıniya Xarici İşlər Nazirliyi Moldova hakimiyyətinin bu ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı ittihamlarını rədd edib. ANS PRESS, Rumıniya XİN-in saytına istinadən xəbər verir ki, rəsmi Buxarest, Moldova səfirini də ölkədən çıxarmaq niyyətindədir: «Bu ittiham təxribat xarakteri daşıyır. Kişinyovdakı kommunist hakimiyyətinin Moldovadakı daxili problemlərin məsuliyyətini Rumıniyanın üzərinə atması qəbul edilməzdir».
Qeyd edək ki, Kişinyovdakı Moldovanın Rumıniya ilə birləşdirilməsi tələbəninin də səsləndiyi mitinqin kütləvi iğtişaşlara çevrilməsindən sonra Moldova hakimiyyəti Rumıniya ilə viza rejiminin tətbiqi barədə qərar qəbul edib və Rumıniya səfirini arzuolunmaz şəxs elan edib. Moldova prezidenti Vladimir Voronin isə bəyan edib ki, ölkədə baş verənlərdə Rumıniyanın iştirakı olub.
Rumıniya xarici siyasət idarəsi isə bildirib ki, səfirin Moldovadan çıxarılması barədə qərara adekvat cavab veriləcək və Moldovanın Buxarestdəki səfirliyinin əməkdaşları da ölkədən çıxarılacaq. Buna baxmayaraq, rəsmi Buxarest sərhəd nəzarəti rejimini sərtləşdirmək niyyətində deyil. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar