Kamikadze avtomobili partladıb
07 Mart 2009 Şənbə 12:10
Hüquq-mühafizə orqanı əməkdaşları kamikadzenin idarə etdiyi maşını saxlamaq istəyərkən terrorçu bombanı işə salıb

Pakistanda kamikadzenin avtomobilə yerləşdirilmiş partlayıcı qurğunu işə salması nəticəsində 7 polis əməkdaşı ölüb. İnsident Peşəvər şəhərinin şimal-qərbində yerləşən Xiber əyalətində baş verib.
Polisin verdiyi məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşları kamikadzenin idarə etdiyi maşını saxlamaq istəyərkən terrorçu bombanı işə salıb. İnsident nəticəsində həmçinin bir neçə polis nəfəri də xəsarət alıb.
Partlayışa görə "Taliban" və "Əl-Qaidə" meylli silahlı qruplaşmalar günahlandırılır. Kamikadzenin əsl hədəfi naməlum olaraq qalır. Digər versiyalara görə, kamikadze saxlandığını görüb, avtomobili partlatmaq məcburiyyətində qala bilər. Qeyd edək ki, bundan əvvəl Pakistan rəhbərliyi ölkənin bir sıra ərazilərində silahlı qruplaşmaların zərərsizləşdirildiyi barədə bəyanatlarla çıxış etmişdi. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar