İtaliyada zəlzələ baş verib
06 Aprel 2009 Bazar Ertəsi 10:55
Onlarla adam itkin düşüb

İtaliyada 5,8 bal gücündə zəlzələ baş verib. CNNTürk-ün məlumatına görə, zəlzələ nəticəsində 13 nəfər ölüb. Onlarla adam itkin düşüb. Bir çox binalar zəlzələnin təkanları nəticəsində çöküb. Hazırda bölgədə xilasedicilər işləyir. Ölənlərin sayının artacağı bildirilir.
Zəlzələ əsasən paytaxt Roma olmaqla, İtaliyanın mərkəzi hissəsində baş verib. Qeyd edək ki, İtaliyanın «Ansa» xəbər agentliyi zəlzələnin 5,8 bal, «Reuters» agentliyi isə 6,3 bal gücündə olduğunu bildirib. Amerika Geoloji Qurumunun məlumatına görə isə, zəlzələ 6,7 bal gücündə olub./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar