İsraildə bir nəfər donuz qripinə yoluxub
28 Aprel 2009 Çərşənbə Axşamı 16:05
Donuz qripinə yoluxan kişi bu yaxınlarda Meksikadan qayıdıb

 

İsrail ölkə vətəndaşının donuz qripinə yoluxma faktını təsdiqləyib. "Gazeta.ru"nun məlumatına görə, donuz qripinə yoluxan kişi bu yaxınlarda Meksikadan qayıdıb. Hazırda o, hospitala yerləşdirilib.

“Yoluxma faktı təsdiq olunub. Xəstənin vəziyyəti qənaətbəxşdir, o, müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilib”, deyə  ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar