İsrail Qəzzada üç yeraltı tuneli məhv edib
04 Mart 2009 Çərşənbə 14:20
Ötən gün isə İsrail təyyarələri bölgədə 6 yeraltı tuneli məhv etmişdi

 

Fələstinlilərin növbəti raket atəşinə cavab olaraq İsrail aviasiyası Qəzza-Misir sərhədindəki 3 yeraltı tuneli məhv edib. Hava zərbələri nəticəsində həlak olanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən gün İsrail təyyarələri bölgədə 6 yeraltı tuneli məhv etmişdi. Verilən məlumata əsasən, ötən günkü reydlər zamanı 6 yerli sakin yaralanıb.

Qeyd edək ki, İsrail yanvarın 18-də Qəzzada hərbi əməliyyatları başa çatdıraraq qoşunlarını geri çəkdikdən sonra tərəflər arasında nisbi atəşkəs yaransa da, silahlı qarşıdurma halları hələ də qeydə alınır. Belə ki, fələstinli döyüşçülərin ölkənin cənub rayonlarını raket atəşinə tutmasına cavab olaraq, İsrail aviasiyası bölgənin Misirlə sərhədindəki yaşayış məntəqələrinə havadan zərbələr endirir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar