İŞİD yaraqlısı 9 yaşlı qızla evləndi?
07 Avqust 2014 Cümə Axşamı 07:38
Bu xəbəri hazırlayanların hədəfinin İŞİD yox, İslam dini və müsəlmanlar olduğu bildirilib.
Türkiyədəki bəzi xəbər saytları sosial şəbəkədə yayılan bir fotoya istinad edərək İŞİD yaraqlısının 9 yaşlı kiçik qızla evləndiyini iddia edib. ANS PRESS-in xəbərinə görə, həmin fotoda saqqallı İŞİD üzvü ilə onun yanında dayanmış, ağlayan azyaşlı qız əks olunub. Xəbərin yalan olduğu, həmçinin bu xəbəri hazırlayanların hədəfinin İŞİD yox, İslam dini və müsəlmanlar olduğu məlum olub.

Qeyd edək ki, “etisam” adlı mətbu orqan həmin şəkildəki həqiqəti əks etdirən video-çarx yayıb. Məlum olub ki, bu video 2013-cü ildə Tunisdə keçirilən müsabiqədə çəkilib və şəkil də həmin videodan götürülüb.

Müsabiqənin iştirakçısı olan azyaşlı qız Qurani Kərimdən surələr oxuyur və ağlamağa başlayır. Fotoda onun yanında dayanan, əslində isə müsabiqənin aparıcısı olan saqqallı şəxs isə onu təsəlli edir. Daha sonra həmin qız mükafatlar verilərək yerinə göndərilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar