İŞİD Türkiyə torpaqlarına girib
14 Oktyabr 2014 Çərşənbə Axşamı 11:10
Özünü İŞİD kimi təqdim edən terror təşkilatı Türkiyə torpaqlarına girib.

İŞİD Türk torpaqlarına girib

Özünü İraq və Şam İslam Dövləti İŞİD kimi təqdim edən terror təşkilatı Türkiyə torpaqlarına girib.

ANS PRESS-in məlumatına görə, Suriyanın Kobani şəhərini üç həftədir mühasirədə saxlayan İŞİD-çilər bir vətəndaşı götürmək üçün Türkiyə sərhədlərini keçib.

Dəmiryolu xəttini keçən İŞİD-çilər Suriya ilə Türkiyə sərhəddindəki minalanmış bölgəyə daxil olublar. Terrorçular minalanmış bölgədən Kobaniyə keçməyə çalışan bir vətəndaşı saxlamaq üçün xeyli mübarizə aparıb.

Ancaq vətəndaş İŞİD-çilərlə razılaşmayıb. Bu zaman sərhəddəki türk əsgərlər terrorçuları izləməyə başlayıb. Zirehli vasitələrlə bölgədə gəzən türk sərhədçiləri nəzarəti əldən verməyib.

İŞİD-çilər isə vətəndaşla dialoqu davam etdirdiyi zaman kürd silahlı birləşmələri bölgəni atəşə tutub. Vəziyyətin gərginləşdiyini görən terror təşkilatının nümayəndələri sərhəddən uzaqlaşıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar