İraqlı jurnalistə həbs cəzası verilib
12 Mart 2009 Cümə Axşamı 13:20
Ötən il dekabrın 14-də ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atdığına görə həbs olunan iraqlı jurnalist Müntəzər əl-Zeydi 3 il müddətinə azadlıqdan məhrum edilib.
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, Bağdadda keçirilən məhkəmədə son sözünü söyləyən əl-Zeydi özünü günahkar saymadığını bildirib.

Xatırladaq ki, M. əl-Zeydi məhkəmə prosesi zamanı verdiyi ifadədə hadisəni belə təsvir etmişdi: “Mətbuat konfransında Buşu gördükdə gözüm döndü. Həmin an Buşun ayaqlarının altında iraqlıların qanından başqa bir şey təsəvvür etmədim. Buna dözə bilmədim və ayaqqabılarımı çıxarıb Buşa atdım. Peşman deyiləm. Buş İraqın qonağı deyil. Bizdə qonaq 3 gündən sonra qonaq sayılmır. Buş isə 6 ildir İraqdadır. O, qonaq yox, işğalçıdır”. Müntəzər əl-Zeydi Buşun fəaliyyəti nəticəsində İraqda 1 milyon qadının dul, 6 milyondan çox uşağın yetim qaldığını söyləyib: “Qadınlarımız təcavüzə məruz qalıb, evlərə basqınlar ediləcək insanlar həbs olunub, məscidlər dağıdılıb. Bütün bunlardan sonra Buşun heç nə olmamış kimi gülməsinə dözə bilmədim. Bu aksiyanı 2 il əvvəl Buş Əmmana gəldikdə həyata keçirəcəkdim, amma olmadı. Ayaqqabı atmaq üçün 2006-cı ildən bəri məşq edirdim”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar