İranda vertolyot qəzalı eniş edib
14 Avqust 2014 Cümə Axşamı 10:00
Hadisə Əsəluyə şəhəri ilə Buşəhr arasında ərazidə baş verib.
İranda vertolyot qəzalı eniş edib.

ANS PRESS-in məlumatına görə, hadisə Əsəluyə şəhəri ilə Buşəhr arasında ərazidə baş verib. Vertolyotda 6 nəfər olub və onlardan 4-ü xəsarət alıb.

Yaralılar Kanqan şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Yaralıların vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Qəzanın baş verməsinə vertolyotun mühərrikindəki texniki nazalıq səbəb olub.

Rəsmilər qəzadan sonra yanğın olduğunu deyiblər. Bildirilib ki, əraziyə xilasedicilərin cəlb olunub.

Qəza nəticəsində heç bir ölüm faktı qeydə alınmayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar