İranda kömür mədənində partlayış baş verib
20 Aprel 2009 Bazar Ertəsi 13:40
Ölənlərdən 5-nin cəsədini dağıntılar altından çıxarmaq mümkün olub

İranda kömür mədənində partlayış baş verib. Partlayış paytaxt Tehrandan 950 km cənubda yerləşən Zarand şəhərində bu gün səhər saatlarında qeydə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb işçilərin yüksək təhlükəsizlik şəraitində işə qeyri-ciddi münasibətləri olub. Yerli radiostansiyanın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb. Bu vaxta kimi isə onlardan 5-nin cəsədini dağıntılar altından çıxarmaq mümkün olub. Partlayış nəticəsində neçə nəfərin xəsarət alması barədə isə hələlik heç bir məlumat yoxdur. Hadisə ilə bağlı rəsmi məlumat verilməyib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar