İran prezidenti Qazaxıstanda səfərdədi
06 Aprel 2009 Bazar Ertəsi 11:45
Səfər çərçivəsində Mahmud Əhmədinejad qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşəcək

İran prezidenti Mahmud Əhmədinejad bu gün Qazaxıstana səfər edəcək. Bu, onun Qazaxıstana ilk rəsmi səfəridir. İranın Xarici İşlər Nazirliyindən yerli mətbuata verilən məlumata görə, səfər çərçivəsində Mahmud Əhmədinejad qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşəcək. Görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlıq və Xəzər dənizində balıq ovuna nəzarət kimi məsələlər müzakirə olunacaq. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar