İran ile 7 sənəd imzalanıb
10 Mart 2009 Çərşənbə Axşamı 17:40
Sənədlərin imzalanması mərasimində prezidentlər İlham Əliyev və Mahmud Əhmədinejad da iştirak edib

 

Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə sənədlərin imzalanma mərasimi olub.
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni imzalayıblar.
İqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair protokolu Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, İran tərəfdən ticarət naziri Məsud Mirkazımi, turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən Prezidentin birinci müavini vəzifəsini icra edən Həmid Dəqai imzalayıblar.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə İranın Mədəni İrsi, Xalq Tətbiqi Sənəti və Turizm Təşkilatı arasında mədəni irs sahəsində əməkdaşlıq haqqında, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli Kitabxanası və Arxivi arasında əməkdaşlığa dair, Azərbaycaт Dövlət Statistika Komitəsi və İran Statistika Mərkəzi arasında statistika sahəsində əməkdaşlığa dair, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt məsələləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalanıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar